Vakansiyalar

Hey, sən bəlkə də bizim axtardığımız əməkdaşsan.. Bacarığına və iş potensialına güvənirsənsə gecikmədən özün haqda xülasəni (CV) bizə göndər.

Marketinq mütəxəssisi
Öhdəliklər:
- Valetto markasının marketinq strategiyasını tərtib etmək (rüblük, yarım illik, illik)
- Bazar araşdırmaları aparmaq və mövcud bazar durumunu analiz etmək
- Yeni layihələrin tərtibi, tətbiqi və idarə olunmasını təmin etmək
- Müştəri məmnuniyyətinin səviyyəsinin artırılması məqsədi ilə tədbirlər görmək
- Reklam agentliklərin ilə işin qurulması, kommunikasiya planlarının hazırlanması
- Bütün növ ATL və BTL fəaliyyətlərinin icrasında iştirak
Tələblər:
- İdarəetmə, marketinq üzrə bakalavr təhsili
- İngilis və rus dillərində danışıq və yazmaq bacarığı
- Marketinq, PR sahəsində 3 il iş təcrübəsi
- Ünsiyyətcil, yüksək nitq qabiliyyəti və yazı orfoqrafiyasının yüksək səviyyədə olması mütləqdir.
Müraciət üçün şəkilli CV faylınızı '[email protected]' mail adresinə mövzuya müvafiq vakansiya adını yazmaqla göndərməniz xahiş olunur.